Rusiyada 5 bal gücündə zəlzələ olub

Kamçatkada 5 bal gücündə zəlzələ baş verib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, zəlzələ 75 kilometr dərinlikdə baş verib. Zəlzələnin episentri Petropavlovsk-Kamçatski rayonundan 74 kilometr cənubda, Avaça körfəzində yerləşib. Tələfat və dağıntının, həmçinin sunami təhlükəsinin olmadığı bildirilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.