Rusiyada 6,1 bal gücündə zəlzələ olub

Rusiyada – Kamçatkanın cənubunda 6,1 bal gücündə zəlzələ baş verib

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətindən bildirilib.

“Zəlzələ Moskva vaxtı ilə saat 9:03 radələrində qeydə alınıb. Zəlzələnin ocağı 58,8 kilometr dərinlikdə olub”, – məlumatda deyilir.

Yerli sakinlər ikiqat təkan hiss etdiklərini bildiriblər. Onların sözlərinə görə, təkanların birincisi zəif, ikincisi isə daha güclü olub.

Azpost.info

Əvvəlki məqalə

“Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin yenidən Brüsselə gəlməsini çox istəyir”

Sonrakı məqalə

Fuat Oktay Türkiyə dəstəyə görə Əli Əsədova təşəkkür edib