Fuat Oktay Türkiyə dəstəyə görə Əli Əsədova təşəkkür edib

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təşəkkür məktubu ünvanlayıb.

Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.

Məktubda Kahramanmaraş bölgəsində baş vermiş güclü zəlzələnin ilk saatlarından qardaş Azərbaycan tərəfindən Türkiyə dövlətinə və xalqına göstərilən dəstəyə, nümayiş etdirilən həmrəyliyə görə minnətdarlıq ifadə edilib.

Əvvəlki məqalə

Rusiyada 6,1 bal gücündə zəlzələ olub

Sonrakı məqalə

“Azərbaycanın dəstəyi olmasa, Avropada enerji stabitliyi olmayacaqdı”