Rusiyada Aleksey Navalnının tərəfdarları icazəsiz aksiya keçirib

Moskvanın bir neçə mərkəzi küçəsində razılaşdırılmamış mitinq keçirilib. Aksiya iştirakçıları yolu bağlayıblar.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bir neçə yüz nəfər etirazçı Rojdestvenka küçəsində hərəkət zolağına çıxaraq, Rojdestvenskı bulvarı və Bulvar dairəsinin bir hissəsində avtomobil yoluna çıxıblar.

Etirazçılar Trubnaya meydanına doğru davam ediblər. Ara yollar da polis tərəfindən nəzarətə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan kubokunda “Zirə” qalib gəlib –

Sonrakı məqalə

Şeyxin Qarabağ səfərinin ölkə daxilinə mesajı –