Rusiyada azərbaycanlı “qanuni oğru” Ağayar Ağayev vəfat edib –

FOTO
28 İyul 2021 - 16:47

Rusiyanın Sverdlovsk vilayətində “Sedoy” ləqəbli azərbaycanlı “qanuni oğru” Ağayar Ağayev vəfat edib. 

Azpost.info bildirir ki, A.Ağayev uzun sürən xəstəlikdən sonra iyulun 17-də 55 yaşında dünyasını dəyişib. “Qanuni oğru” Azərbaycanda dəfn edilib.

A.Ağayev 2016-cı ildə qətlə yetirilmiş “qanuni oğru” Rövşən Lənkəranskinin və “Quli”nin (Nadir Səlifov) Uralda maraqlarının təmsilçisi olub.