Rusiyada azərbaycanlı diaspor rəhbəri vəfat edib

Rusiyada azərbaycanlı diaspor rəhbəri vəfat edib.

Tver vilayətindəki Azərbaycan diasporunun rəhbəri Sərdar Abdullayev bu gün dünyasını dəyişib.

Onun bir müddət əvvəl xəstəxanada koronavirusdan müalicə aldığı bildirilib.

Qeyd edək ki, Abdullayev Sərdar Süleyman oğlu 1951-ci il yanvarın 21-də Azərbaycanın Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olub. 1973-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) “Hidromeliorasiya işlərinin mexanikləşdirilməsi” ixtisası üzrə bitirəndən sonra təyinatla Kalinin vilayətinin (indiki Tver vilayəti) Belıy şəhərinə göndərilib. Tikinti sahəsində xidmətlərinə görə 1994-cü ildə S. Abdullayevə “Rusiya Federasiyasının Əməkdar İnşaatçısı” fəxri adı verilib, 1998-ci ildə o, “Dostluq” ordeni ilə təltif edilib və ona “Rusiyanın Fəxri İnşaatçısı” adı verilib. 2006-cı ildə S. Abdullayev Azərbaycanın “Tərəqqi” medalı ilə təltif olunub. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinə cavab verib

Sonrakı məqalə

“Ehtiyata buraxılmış şəxslər qanunsuz olaraq hərbi geyimdən istifadə edir” –