“Rusiya təhlükəsizlik xidmətləri ölkədən qaçışın və məlumat sızmasının qarşısını almaq üçün bəzi yüksək vəzifəli məmurların və dövlət şirkətlərinin menecerlərinin xarici pasportlarını müsadirə edir”.
Azpost.info xəbər verir ki, bu barədə “The Financial Times” məlumatlı mənbələrə istinadən yazıb.
Məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov etiraf edib ki, bəzi şəxslərin xaricə səyahətinə məhdudiyyətlər sərtləşdirilib. Onun sözlərinə görə, bu, həssas sahələrdə işləyənlərə aiddir.
“Xüsusi hərbi əməliyyat başlayandan bu məsələyə diqqət artıb. Xaricə səyahət icazəsi ilə bağlı qərar işin sahəsindən və strukturundan asılıdır”, – Peskov bildirib.
Azpost.info