Rusiya Dövlət Duması sosial şəbəkə istifadəçilərinin və messencer kanalların sahiblərinin anonim fəaliyyətini qadağan edən qanun layihəsini qəbul edib.
Azpost.info bildirir ki, dəyişikliklər Rusiya vətəndaşlarının mobil rabitə ilə bağlı cinayətlərdən qorunması haqqında qanun layihəsinə daxil edilib.
Qəbul edilmiş sənədə əsasən, 2024-cü il noyabrın 1-dən sosial şəbəkələrdə auditoriyası 10 min nəfərdən çox olan bloqqerlər özləri haqqında məlumatı “Roskomnadzor”-a təqdim etməli olacaqlar. Bu da öz növbəsində sosial şəbəkələrdə belə şəxsi səhifələrin siyahısını aparacaq. Məlumatın tərkibi və verilməsi qaydası Rusiya Federasiyası Hökuməti tərəfindən müəyyən edilir.
Məlumatı RKN siyahısına daxil edilməyən ictimai kanalların sahibləri öz səhifələrində reklam yerləşdirə bilməyəcəklər.
Bundan əlavə, yeni qaydalara görə, auditoriyası gündə 500 min istifadəçidən çox olan sosial şəbəkələrin sahiblərini RKN və ya FTX-nIn tələbi ilə istifadəçilər haqqında məlumat verməlidirlər.
Digər qaydaya görə, Rusiya vətəndaşlarına 20-dən çox abunəçi nömrəsinə sahib olmasını qadağan edilib.