Rusiyada çörəkbişirmə müəssisələri xammalın bahalaşması səbəbindən məhsullarının qiymətini yenidən qaldırmağa məcbur olduqlarını bildiriblər.
Azpost.info xəbər verir ki, Milli Çörəkçilik İttifaqının icraçı direktoru Rüstəm Aydiyev bildirib ki, bu ilin sonuna qədər çörəyin satış qiymətlərinin 7-10 faiz artacağı gözlənilir.
Çörək qiymətləri artıq 2022-ci ilin yazında bütün xərc komponentlərində gözlənilməz sıçrayışlar səbəbindən yüksəlmişdi. Yayın sonuna qədər şirkətlər qiymətləri qismən endirməyə müvəffəq olmuşdular.
“Baza” telegram kanalı daha əvvəl istehsalçılar arasında olan mənbələrə istinadən 2023-cü ilin payızında yeni qiymət artımı barədə yazmışdı.
Azpost.info