Rusiyada daha 6 min 60 nəfər koronavirusa yoluxub-

48 nəfər ölüb
19 Aprel 2020 - 13:06

Rusiyada son sutka ərzində daha 6060 nəfər koronavirusa yoluxub.

Operativ Qərargahın verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19-a yoluxanların sayı 42 853 nəfərə çatıb.

Son sutka ərzində 48 nəfərin öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 361-ə çatıb. Sağalanların sayı 3291 nəfərdir.