Rusiyada eyvanda kabab bişirmək və siqaret çəkmək qadağan olunacaq

Rusiyada eyvanda kabab bişirmək və siqaret çəkmək qadağan olunacaq.

Rusiya hökuməti yanğından mühafizə rejiminə dəyişiklikləri təsdiqləyib. Yeni qaydalar oktyabrın 1-dən qüvvəyə minir.

Təsdiq olunmuş qaydalara əsasən, mənzil, otel və yataqxanaların eyvanlarında açıq oddan istifadə etmək, o cümlədən şam və siqaret yandırmaq qadağan olunur.

Bundan əlavə, tibb müəssisələrində və kinoteatrlarda da yanğın təhlükəsizliyi qaydalarına əlavələr edilib. İndi kinoteatrlarda film başlamazdan əvvəl tamaşaçılara yanğın zamanı davranış qaydaları barədə məlumat veriləcək, tibb müəssisələrində isə uşaq və ağır xəstələr birinci mərtəbələrdəki palatalarda yerləşdiriləcək. (Azərtac)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir