Rusiyada “Facebook”, “Twitter” və xarici saytlar bloklandı

Martın 4-nə keçən gecə Rusiya hakimiyyəti ölkədə bəzi sosial şəbəkələri və xarici saytları bloklayıb.

Azpost.info xəbər verir ki, bu barədə “GlobalCheck” monitorinq şəbəkəsi məlumat yayıb. Məlumata görə, Rusiyada “Facebook” və “Tvitter”ə girişlə bağlı ciddi problemlər var. BBC-nin rus xidmətinin, “Azadlıq Radiosu”nun, “Meduza” və “Deutsche Welle” nəşrlərinin saytlarının fəaliyyətini dayandırılıb.

Bundan başqa, ölkədə “App Store”“Google Play” bloklanıb. Rusiyada “Facebook”a təxminən 30 faiz istifadəçi daxil ola bilir ki, bu da onun məqsədli şəkildə bloklandığını göstərir.

“Meduza” və BBC saytları ilə bağlı göstərici 17 faizdir. “Deutsche Welle”yə giriş isə ümumiyyətlə mümkün deyil. “GlobalCheck” adıçəkilən platformalara DDoS hücumunun edildiyini bildirir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir