Rusiyada hər 5 nəfərdən biri Priqojinin qətlini Putinin qisası hesab edir- Levada Mərkəzi

Rusların böyük əksəriyyəti “Vaqner”in qurucusu Yevgeni Priqojinin ölümündən xəbərdardırlar. Lakin muzdluların liderinin olduğu təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı ümumi fikrə malik deyillər.

Azpost.info xəbər verir ki, bunu Levada Mərkəzinin keçirdiyi sorğu üzə çıxarıb.

Sorğuya əsasən, respondentlərin dörddə birindən bir qədər çoxu (26 faiz) bunun faciəvi qəza olduğuna inanmağa meyllidir və hər beş nəfərdən biri (20 faiz) hakimiyyət tərəfindən qisas alınması versiyasına inanır.

Rəyi soruşulanların təxminən 16 faizi qəzanı Priqojinin özünün təşkil etdiyinə və onun əslində sağ olduğuna inanır. Demək olar ki, eyni sayda insan hücumun arxasında xarici kəşfiyyat orqanlarının olduğuna inanır.

18-24 yaşlı gənclər digər yaş qruplarının nümayəndələrinə (14-16 faiz) nisbətən Qərb kəşfiyyat orqanlarının terror aktı versiyasına daha az meyllidirlər. Orta yaşlı insanlar arasında (25-39 yaş) hər beş nəfərdən biri hesab edir ki, Priqojin təyyarə qəzasını özü təşkil edib və əslində sağdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.