Rusiyada həyət evində dəhşətli yanğın –11 miqrant diri-diri yandı (FOTO)

Rusiyanın Tomsk vilayətinin Asinovski rayonundakı fərdi yaşayış binasında güclü yanğın olub, 11 nəfər ölüb.

RİA Novosti-nin xəbərinə görə, Tomsk vilayətinin Asinovski rayonu, Prichulymsky kəndindəki birmərtəbəli taxta evdə baş verən yanğın dünən gecə başlayıb.

Yanğında 11 nəfər ölüb, 2 nəfər xilas ola bilib. Ölənlərin hamısı əcnəbi vətəndaşlardır.

Bölgədəki təcili tibbi yardım xidmətinin nümayəndəsi onların Özbəkistan vətəndaşı ola biləcəyini ehtimal edib. Hazırda həlak olanların milliyyəti dəqiqləşdirilir.

Hadisə ilə bağlı operativ qərargah yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan gecə cəbhə xəttində atəşkəsi 22 dəfə pozub

Sonrakı məqalə

Xəzər dənizinin suyu niyə azalır? –