Rusiyada hərbi komissarlığı yandırmağa cəhd edilib-VİDEO

Rusiyanın Kabardin-Balkar Respublikasında hərbi komissarlığı yandırmağa cəhd edilib.

Azpost.info bildirir ki, bu barədə SHOT teleqram kanalı məlumat yayıb. Hadisə Proxladnı şəhərində baş verib.

Qaqarin küçəsində yerləşən hərbi komissarlığın binasında yanğın noyabrın 14-də saat 21:30 radələrində başlayıb. Yanğının sahəsi 10 kvadratmetr olub.

Binanı yandırmağa cəhd edən şəxs saxlanılıb. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildirib ki, yanğınla bağlı göstərişi və “Molotov kokteyli”nin hazırlanması ilə bağlı təlimatı naməlum şəxsdən alıb.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.