Rusiyada “Instagram” bloklandı

Rusiyada “Instagram” sosial şəbəkəsi bloklanıb.

Azpost.info xəbər verir ki, bu barədə “Netblocks” və “Globalcheck” servisləri, həmçinin sosial şəbəkənin rusiyalı istifadəçiləri məlumat yayıb. “Instagram”ın bloklanması “Roskomnadzor”un xəbərdar etdiyi vaxtdan (martın 14-ü) bir neçə saat tez başlayıb.

Bu sosial şəbəkə ilə bağlı çətinliklər əvvəlcə Vladivostokda, sonra isə bütün ölkə üzrə qeydə alınıb. “Instagram”ın rəhbəri Adam Mosseri bloklanma nəticəsində 80 milyon rusiyalının bir-biri və bütün dünya ilə əlaqəsinin kəsiləcəyini bildirmişdi.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir