“Instagram”ın rəhbəri Adam Mosseri martın 14-də bu paltformanın Rusiyada bloklanacağını açıqlayıb.
Azpost.info xəbər verir ki, Mosseri bloklanma nəticəsində 80 milyon rusiyalının bir-biri və bütün dünya ilə əlaqəsinin kəsiləcəyini deyib. O həmçinin bildirib ki, rusiyalı istifadəçilərin 80 faizi başqa ölkələrdən olanlara abunədir. “Bu səhvdir”, – Mosseri tvitində yazıb.