Rusiyada internetdə söyüş qadağan olunur, söyən cərimələnəcək

Rusiya vətəndaşlarına internetdə onlayn söyüş söymək qadağan olunacaq.

AzPost bildirir ki, bu təşəbbüs artıq Dövlət Dumasında müzakirə olunur. Onun müəlliflərinin fikrincə, sosial mediadan tutmuş  videolara qədər hər yerdə söyüş qadağan olunacaq. Qanun pozuntuları cərimə ilə cəzalandırılacaq.

Tənzimləyici orqanların həddən artıq yüklənməsinin qarşısını almaq üçün ədəbsiz məzmunun müəllifləri Roskomnadzor (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) vasitəsilə dərhal qadağan ediləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.