Rusiyada “iPhone”un idxalına qadağa qoyula bilər

Rusiyada “iPhone” smartfonlarının idxalına qadağa qoyula bilər. Bu barədə ölkənin bəzi senatorları təşəbbüs irəli sürüblər. Onların sözlərinə görə, Apple şirkəti Rusiya qanunvericiliyinin tələblərinə əməl etmədiyi təqdirdə, bu məhsulların ölkəyə gətirilməsi dayandırılmalıdır.

2025-ci il sentyabrın 1-dən etibarən Rusiyada satışa çıxarılan bütün smartfonlarda yerli tətbiqlərin və RuStore adlı rus tətbiq mağazasının quraşdırılması məcburi olacaq. Apple şirkəti isə hələlik bu tələbləri yerinə yetirməyə razılıq verməyib.

Hazırda “iPhone” modelləri Rusiyaya yalnız paralel idxal yolu ilə gətirilir. Apple 2022-ci ildən bu yana Rusiyada rəsmi satışları dayandırıb. Yeni qanun qüvvəyə mindiyi təqdirdə, Apple cihazlarının satışına tam qadağa qoyula bilər. Qərarın tətbiqi ilə bağlı yekun qərarın yaxın aylarda verilməsi gözlənilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.