Rusiyada iri ticarət mərkəzləri bankrot həddindədir –Qərb brendləri ölkəni tərk edib, satış çöküb

Rusiyada çoxlu sayda iri ticarət mərkəzləri-Mollar iflas olmaq həddindədir.

Azpost.info bildirir ki, bu barədə Rusiya ticarət mərkəzləri Şurasının açıqlamasında bildirilir. Məlumata görə, Rusiyada hər ikinci Moll bankrot ola bilər. Hazırda 200 Ticarət Mərkəzi satışa qoyulub.  Bu ilin əvvəlindən belə obyektlərin sayı 14 faiz artıb.

“Hazırda iflas edən və bankrot olma ərəfəsində olan 200 ticarət mərkəzi var. Gələcəkdə bu siyahıya daha 100 obyekt əlavə oluna bilər”-deyə Şuranın icraçı direktoru Oleq Voysexovski vurğulayıb.

“Avito-Mülkiyyət” şirkətinin məlumatına görə, 2022-ci ilin yanvarından oktyabra qədər olan müddətdə bütün Rusiya üzrə 10 min kv.m sahəsi olan ticarət mərkəzlərinin satışa qoyulması 14 faiz artıb. Bu sahədə Snkt-Peterburq liderdir. Orada satışa çıxarılan obyektlərin sayı 50 faiz artıb.

Problemin səbəbi Moll idarəçiliyinin uğursuz konsepsiyaları və effektsiz idarəetmə sayılır. 

Qərbin məşhur brendlərinin Rusiyanı tərk etməsi də Ticarət Mərkəzlərinin işinə ciddi zərbə vurub. Xarici riteylerlərin üçdə bir hissəsi də Rusiyadan gedib. 

“Nikolires” konsaltinq şirkətinin məlumatlarına görə, xarici riteylerlərin Moskvanın ticarət mərkəzlərində payı 30 faizdən çoxdur. Bu 30 faiz boşalmış obyektlər isə Moll-ların bankrotunu qaçılmaz edir.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.