Rusiyada koronavirus əleyhinə üçüncü peyvənd qeydiyyatdan keçib

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı üçüncü vaksin qeydiyyatdan keçib.

“Kovivak” adlandırılan vaksin Çumakov adına Mərkəz tərəfindən işlənib hazırlanıb. 

Koronavirusa qarşı “Kovivak” peyvəndinin qeydiyyatdan keçdiyini Baş nazir Mixail Mişustin açıqlayıb.

Qeyd olunub ki, ilk 120 min doza vaksin mart ayının ortalarında dövriyyəyə buraxılacaq.

Xatırladaq ki, Rusiyada “Sputnik V” adlanan ilk peyvənd ötən ilin avqustunda qeydiyyatdan keçib. Bundan sonra koronavirus əleyhinə ikinci “EpiVacCorona” peyvəndi qeydiyyata alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada son sutkada 384 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Sonrakı məqalə

ABŞ-ın təqdimatı ilə Şəhid mayor “NATO-nun Ləyaqətli Xidmət Medalı” ilə təltif olunub –