Rusiyada koronavirusa yoluxanların sayı 887 min 536 nəfərə çatıb

09 Avqust 2020 - 11:43

Rusiyada son sutka ərzində daha 5189 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 887 536 nəfərə çatıb.

Son sutka ərzində 77 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 14 931 nəfərə çatıb.Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.