Rusiyada koronavirusa yoluxanların sayı 887 min 536 nəfərə çatıb

Rusiyada son sutka ərzində daha 5189 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 887 536 nəfərə çatıb.

Son sutka ərzində 77 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 14 931 nəfərə çatıb.Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müdafiə Nazirinin sabiq müavini, general Çingiz Məmmədov vəfat edib

Sonrakı məqalə

İnvestisiya Holdinqi nələri dəyişə biləcək? –