Rusiyada koronavirusdan ölənlərin sayı 7 mini ötüb

Rusiyada son sutka ərzində daha 8 246 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 537 210 nəfərə çatıb. Son sutka ərzində 143 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 7 091 nəfərə çatıb. Xəstəlikdən sağalanların sayı 284 539 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran, Rusiya və Türkiyə prezidentlərinin görüşü keçiriləcək

Sonrakı məqalə

Avrozona iqtisadiyyatı 13%-ə yaxın azala bilər