Avrozona iqtisadiyyatı 13%-ə yaxın azala bilər

“Bu il ən pessimist ssenaridə Avrozonada ümumi daxili məhsul (ÜDM) 12,6% kiçiləcək”.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Lagard açıqlayıb.

Onun sözlərinə görə, daha mülayim bir ssenaridə bölgədə ÜDM 5,9% azalacaq və bu ilin sonuna qədər iqtisadiyyat böhrandan əvvəlki səviyyələrə yüksələ bilməyəcək.

“Böhrandan sonrakı dövrdə qlobal istehsal sənayesində sürətli bir bərpa olacaq, yeni dövrdə tətbiq olunan sosial məsafə qaydaları səbəbindən xidmətlər sektorunda rəqəmsallaşdırma sürətlənəcək”, – K.Lagard vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada koronavirusdan ölənlərin sayı 7 mini ötüb

Sonrakı məqalə

Təhsil Nazirliyi: