Rusiyada kriminal avtoritetlərə qarşı əməliyyat keçirilib –48 azərbaycanlı saxlanılıb

Moskva yaxınlığındakı Mıtişi şəhərində kriminal avtoritetlərin yığıncağına polis müdaxilə edib.

Xüsusi təyinatlı polis dəstələri olan SOBR və OMON-un əməkdaşları qanunsuz silah və narkotik vasitələrin ticarəti ilə məşğul olan 50-dən çox şəxsi saxlayıblar.

Saxlanılanlardan 48 nəfərin Azərbaycan, 4-ü Ermənistan, Tacikistan və Dağıstandan olduğu bildirilib.

Onlardan cinayət fəaliyyətində iştiraklarının yoxlanılması üçün barmaq izi götürülüb.

Bundan əlavə, saxlanılanların üzərində “Sayqa” karabini, beş travmatik tapança və bıçaq aşkarlanıb. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.