Rusiyada məktəblilərin maska taxmamasına icazə verilib

Rusiyada məktəblilərin sinifdə maska taxmaları tələb olunmayacaq.

TASS xəbər verir ki, bu barədə İstehlakçıların hüquqlarının müdafiəsi və insanın hüquqları üzrə Federal Xidmətin, həmçinin Təhsil Nazirliyinin birgə yaydığı tövsiyə xarakterli məlumatında bildirilib.

Qeyd edilib ki, dərs və ya tənəffüs zamanı, eləcə də yeməkxanada məktəblilər maskalarsız otura bilər.

Məlumatda şagirdlərin fiziki hazırlıq dərsləri zamanı hərəkət mexanizminin tənzimlənməsi üçün xüsusi qrafikin hazırlanacağı da əks olunub. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir