Rusiyada məsafədən idarəli gəmilər yaradılacaq

Rusiyada peyk vasitəsilə idarə olunan gəmilərin istifadə olunması üçün müvafiq hüquqi sənədlərin hazırlanmasına başlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyinin rəhbəri Aleksandr Poşivay bildirib.

İdarə başçısının dediyinə görə, GloNaSS (Global Navigation Satellite System – Dünya Gəmiçilik Peyk Sistemi) sistemi əsasında, heyətsiz idarə olunacaq gəmilərin sınanması üçün mütəxəssislərin iştirakı ilə sahə ayırmaq işləri görülür. Belə gəmilərin elektron avadanlığı və proqram təminatının da Rusiyada hazırlandığı qeyd olunub.

Yeni hüquqi qaydaların 2021-ci ilin mart ayında qüvvəyə minəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tələbə çağırışçılara möhlət veriləcəkmi?

Sonrakı məqalə

Hökumətə fövqəladə vəziyyətlə bağlı yeni səlahiyyət veriləcək