Rusiyada məşhur opera müğənnisinin həbsinə qərar verilib

Moskva məhkəməsi opera müğənnisi, Mariinski Teatrının keçmiş solisti (mezzo-soprano) və Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı (2011-2016) Mariya Maksakova-İqenberqsin həbs edilməsi haqqında qiyabi qərar çıxarıb.

Azpost.info bildirir ki, muğənni Rusiyanın təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətlərə ictimai çağırışlarda ittiham olunur.

2023-cü ilin may ayında Maksakova “xarici agent” elan edilib. Bundan sonra 2023-cü ilin avqustunda Ukrayna televiziya kanalına verdiyi müsahibəyə görə ona qarşı cinayət işi açılıb. Müğənni Ukrayna Silahlı Qüvvələrini “Leviafanın dağıdacaq yeganə qüvvə” adlandırıb.

NTV-nin jurnalistləri Maksakovun RF Silahlı Qüvvələrini gözdən saldığını iddia edərək bunu araşdırmaq xahişi ilə Dövlət Dumasına müraciət ediblər. Bundan sonra Dövlət Duması Baş Prokurorluğa müraciət göndərib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.