Rusiyada məşhur “Volqa” avtomobili yenidən istehsal olunacaq

Qorki Avtomobil Zavodu (QAZ) “Volqa” brendi altında avtomobillərin istehsalı üçün tərəfdaşlarla danışıqlar aparır.

Azpost.info RİA-ya istinadən bildirir ki, bu barədə Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov məlumat verib.

O qeyd edib ki, ölkədən gedən Volkswagen-in  boş qalan yerini tutmaq üçün yeni texnologiya tərəfdaşının dəstəyi ilə 2024-cü ildə istehsala başlamağı planlaşdırırlar. Şirkət potensial investorlarla danışıqlar aparır: “Həmkarlar deyirlər ki, yeni modelin mənimsənilməsi təxminən 8-9 ay çəkir. Ancaq biz əlavə olaraq daha bir neçə ayı ehtiyat olaraq  götürürük. Yaxın gələcəkdə tərəfdaş haqqında qərar qəbul etmək planlaşdırılır. Düşünürəm ki, gələn yaya qədər bbu baş tutacaq”.

Manturov 2022-ci ilin yayında “Volqa” və “Pobeda” avtomobil markalarının dirçəldilməsi planlarını açıqlayıb. Layihənin Nijni Novqorod və digər regionlarda həyata keçirilə biləcəyini bildirib.

2022-ci ildə Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin bildirib ki, QAZ avtomobil istehsalını canlandıra bilər. O, şirkətin Volqa brendi altında avtomobillər istehsal edəcəyinə ümid etdiyini vurğulayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.