Rusiyada məşhur biznesmen Umar Cəbrayılov intihar edib

Məşhur rusiyalı iş adamı və keçmiş senator Umar Cəbrayılov intihar edib.

Azpost.info BAZA teleqram kanalına istinadən bildirir ki, qan içində olan Cəbrayılov Moskvanın mərkəzindəki Tverskaya küçəsindəki Vesper Tverskaya yaşayış kompleksində tapılıb. Cəbrayılovun cəsədinin yanında 9 mm-lik Luger tapançası tapılıb.

O, səhər saat 3:00 radələrində xəstəxanaya aparılıb, lakin reanimasiya səyləri uğursuz olub.

Umar Cəbrayılovun başından güllə yarası aldıqdan sonra təxminən üç saat sağ qalıb. Silah səsi Vesper Tverskaya yaşayış kompleksində gecə saat 1:00 radələrində eşidilib və iş adamı səhər saat 4:00 radələrində xəstəxanada ölüb.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.