Rusiyada Navalnının ofislərinin fəaliyyəti dayandırıldı –QƏRAR

Rusiyada məhkəmə həbsdə olan müxalifətçi Aleksey Navalnının ofislərində, eləcə də Antikorrupsiya Fondunda işin dayandırılmasına dair prokurorların vəsatətini təmin edib.

“Navalnının və FBK qərargahlarının fəaliyyəti dərhal dayandırılıb. Bu addımla bağırıb deyirlər: Sizin fəaliyyətinizdən, yürüşlərinizdən, smart səsvermənizdən qorxuruq”, – FBK-nın direktoru İvan Jdanov aprelin 26-da tvitində yazıb.

Posta prokurorların qaldırdığı iddianın fotosu əlavə olunub.

Bu addım Moskva Prokurorluğunun FBK-nın və Navalnıya bağlı daha iki təşkilatın ekstremist hesab edilməsinə dair təşəbbüsünə daxildir.

Navalnının yanvarda həbsindən sonra Rusiyanın Qərblə münasibətlərində gərginlik dərinləşib. FBK isə illərdir Prezident Vladimir Putin daxil olmaqla yüksək rütbəli rəsmilərin izaholunmayan sərvətini ifşa edən videoaraşdırmalar aparır.

Moskva Prokurorluğu iddianı aprelin 16-da qaldırıb. Məhkəmədən FBK və Navalnıya bağlı daha iki təşkilatın “ekstremist” hesab etməsi istənilir. Bu qurumların “özlərinin liberal şüarları altında sosial və ictimai-siyasi vəziyyətdə sabitsizlik yaradan fəaliyyətlə məşğul olduğu” bildirilir.

Beynəlxalq və yerli insan haqları qrupları bu iddianı pisləyiblər. Onların deməsinə görə, Navalnının təşkilatları rəsmən “ekstremist” hesab olunarsa, əməkdaşlarının hamısı 6 ildən 10 ilədək həbs edilə bilərlər.

Aprelin 21-də Rusiya boyunca Navalnıya azadlıq tələbilə etirazlarda 2 minədək saxlanan olub. Onlar müxalifətçinin həbsdə adekvat tibbi müalicə almasını tələb ediblər. Həbsdəki tibbi yanaşmaya etiraz olaraq Navalnı üç həftə aclıq aksiyası keçirib, aprelin 23-də onu dayandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistan müharibə cinayətinə görə məsuliyyətə cəlb olunmalıdır”

Sonrakı məqalə

Türkiyədə FETÖ ittihamı ilə 532 hərbçi saxlanılıb