Rusiyada neft bazasında yanğın başlanıb

Rusiyanın Kubandakı neft bazasında yanğın başlanıb. Temryuk rayonu, Volna kəndində neft məhsulları olan çən yanır. 

Azpost.info bildirir ki, bu barədə “RİA Novosti” Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevə istinadən məlumat yayıb.

Temryuk rayonunun rəhbəri Fedor Babenkov bildirib ki, hazırda yanğın sahəsi 1200 kvadratmetrə çatıb.

“Volna kəndindəki qəza yerinə getdim. “Tamannefteqaz” ASC-nin ərazisində xüsusi xidmət orqanları fəaliyyət göstərir. Alovlanma sahəsi – 1200 kvadratmetrdir, tələfat yoxdur. Yanğınsöndürmə işlərinə 23 texnika və 85 canlı qüvvə cəlb olunub”, – deyə Babenkov bildirib.

Yanğının baş vermə səbəbləri hələlik müəyyən edilməyib. Araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.