“Rusiyada prezident dəyişəndən sonra heç nə dağılmayacaq” –

Putin varisindən və ölümdən danışdı
14 İyun 2021 - 21:08

“Rusiyada prezident dəyişəndən sonra bir saatın içində heç nə dağılmayacaq”.

Azpost.info bildirir ki, bu sözləri prezident Putin ABŞ-ın NBC telekanalına müsahibəsində deyib.

“İndi 2000-illə müqayisədə başqa situasiyadır. İndi çoxlu problemlər var, amma vəziyyət tam ayrıdır. Mənim yerimə haçansa hökmən başqa adam gələcək. Nə üçün hər şey uçulub dağılmalıdır? Biz beynəlxalq terrorizmlə mübarizə apardıq, şükür tanrıya, kökünü kəsdik. Bu yenə baş qaldırmalıdır? Məncə, yox. O başqa məsələdir ki, siyasi səhnəyə müxtəlif baxışları olan müxtəlif adamlar gələ bilər. Lap yaxşı!”-deyə Putin vurğulayıb.

Putin ölkəyə sadiq olan, həyatını dövlətə həsr etməyə hazır olan şəxsi varis kimi dəstək verməyə hazır olduğunu deyib.

Prezdent deyib ki, gec-tez hamı əvəz olunacaq: “Bu təbii, bioloji prosesdir. Amma mən əminəm ki, rus dövlətçiliyinin fundamental əsasları, siyasi sistemi, iqtisadiyyatı möhkəm, ayaq üstə duraraq gələcəyə baxacaq”.