“Rusiyada prezident dəyişəndən sonra heç nə dağılmayacaq” –Putin varisindən və ölümdən danışdı

“Rusiyada prezident dəyişəndən sonra bir saatın içində heç nə dağılmayacaq”.

Azpost.info bildirir ki, bu sözləri prezident Putin ABŞ-ın NBC telekanalına müsahibəsində deyib.

“İndi 2000-illə müqayisədə başqa situasiyadır. İndi çoxlu problemlər var, amma vəziyyət tam ayrıdır. Mənim yerimə haçansa hökmən başqa adam gələcək. Nə üçün hər şey uçulub dağılmalıdır? Biz beynəlxalq terrorizmlə mübarizə apardıq, şükür tanrıya, kökünü kəsdik. Bu yenə baş qaldırmalıdır? Məncə, yox. O başqa məsələdir ki, siyasi səhnəyə müxtəlif baxışları olan müxtəlif adamlar gələ bilər. Lap yaxşı!”-deyə Putin vurğulayıb.

Putin ölkəyə sadiq olan, həyatını dövlətə həsr etməyə hazır olan şəxsi varis kimi dəstək verməyə hazır olduğunu deyib.

Prezdent deyib ki, gec-tez hamı əvəz olunacaq: “Bu təbii, bioloji prosesdir. Amma mən əminəm ki, rus dövlətçiliyinin fundamental əsasları, siyasi sistemi, iqtisadiyyatı möhkəm, ayaq üstə duraraq gələcəyə baxacaq”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Zəfər yolu üzərində körpünün inşası ilə tanış olub

Sonrakı məqalə

Ərdoğanla Bayden arasında təkbətək görüş başa çatdı