Moskva məhkəməsi prezident Putinin keçmiş dostu, iş adamı Sergey Puqaçovu qiyabi olaraq 14 il həbs cəzasına məhkum edib.
AzPost bildirir ki, bu barədə RİA-Novosti mlumat yayıb.
Keçmiş bankir və müflis olmuş “Mezjrombank”ın sahibi Sergey Puqaçovhazırda Fransada yaşayır. Fransa isə onu Rusiyaya ekstradisiya etməkdən imtina edir.
Dövlət ittihamçısı Puqaçovun bankdan 28,7 milyard rubl oğurlanması və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ititham edib. Nəticədə təşkilata 64,5 milyard rubl ziyan dəyib. Buna görə, Puqaçova 14,5 il sərt rejimli həbs cəzası istəyib.