Rusiyada qocalar evində dəhşətli yanğın –11 nəfər diri-diri yandı

Rusiya Federasiyası Başqırdıstan Respublikasının İşbuldino kəndində qocalar evində baş vermiş güclü yanğın zamanı 11 nəfər ölüb.

TASS xəbər verir ki, bu barədə Rusiya Federsiyasının Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, yanğınsöndürənlər yanğın söndürüldükdən sonra hadisə yerində 11 nəfərin cəsədini aşkar ediblər.

“Moskva vaxtı ilə 00:53-də Başqırdıstanın Abzelilovski rayonunun İşbuldino kəndindəki Kizilskaya küçəsində yanğın olması barədə məlumat daxil olub. Yanğın yerində əməliyyat zamanı 11 nəfərin cəsədi tapılıb”, – məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, yanğın 162 kv/m ərazisi olan özəl bir pansionatda qeydə alınıb. Dörd nəfər sərbəst olaraq binanı tərk edib. Moskva vaxtı ilə saat 04:00-da yanğın söndürülüb.

Hazırda yanğının səbəbləri araşdırılır. Başqırdıstan prokurorluğunda hadisə ilə bağlı cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Prezident Türkiyəyə tətbiq olunan sanksiyaları qəbuledilməz hesab edir” –

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi