Rusiyada restoran və kafelər kadr qıtlığı yaşayır- Maaşlar artıb, işçi tapılmır

Rusiyanın ictimai iaşə müəssisələri demoqrafik böhran və miqrantların ölkədən gedişi fonunda ciddi kadr çatışmazlığı ilə üzləşib

Azpost.info xəbər verir ki, bu barədə mənbələr “Kommersant”a bildiriblər.

“Mövcud yerlərdə işçilərin 20 faizi yoxdursa, yeni bir restoranı işçilərlə necə dolduracağımızı başa düşmürük”, – “Rakovaya” qastrobarlar şəbəkəsinin qurucusu Evgeniy Niçipuruk deyib.

Onun sözlərinə görə, işçi çatışmazlığı artıq ölkədə ictimai iaşə sektorunun inkişafına mane olur.

Problemin mövcudluğunu “Yasno” restoranlarının inkişaf direktoru və “Gagawa” şəbəkəsinin HR direktoru Yelena Vanyaşina da təsdiqləyib. Onun fikrincə, demoqrafik və miqrasiya böhranları gücləndikcə vəziyyət daha da pisləşəcək.

“HeadHunter” iş axtarışı portalı və “Kroşka Potato” şəbəkəsinin araşdırmasına görə, 2024-cü ilin yanvar-sentyabr aylarında iaşə sənayesində vakansiyaların sayı illik müqayisədə 28 faiz artıb. Təmizlik işçilərinə tələbat daha çox artıb – 41 faiz. Bu göstərici kuryerlərdə 31, ofisiantlar və barmenlərdə 30, menecerlərdə 22 və mühasiblərdə 29 faizdir.

Analitiklərin fikrincə, iaşə sənayesində 30 minə yaxın işçi çatışmır.

Kadr çatışmazlığı restoratorları maaşları artırmağa məcbur edib. Hesablamalara görə, son bir ildə ofisiantların, barmenlərin və baristaların aylıq orta əmək haqqı 29 faiz (58,7 min rubla qədər), aşpazların 16 faiz (55,7 min rubla qədər), təmizlikçilərin 24 faiz (36,2 min rubla qədər) artıb.

Azpost.info

Əvvəlki məqalə

Qərbi Azərbaycan İcmasının nümayəndəsi BMT-nin xüsusi məruzəçisi ilə görüşüb

Sonrakı məqalə

Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub