“Rusiya Bankı” vətəndaşların nağd valyuta alışına qadağa qoyub. Buna səbəb Qərbin sanksiyalarına görə ölkəyə dollar axınının məhdudlaşdırılmasıdır.
Azpost.info xəbər verir ki, valyuta əməliyyatlarının aparılması üçün yeni prosedur sentyabrın 9-dək qüvvədə olacaq. İstənilən həcmdə nağd valyutanı rubla dəyişmək isə hər vaxt mümkün olacaq. Bunununla yanaşı, vətəndaşlar əvvəllər (9 mart tarixinə qədər) açılmış valyuta hesablarından və əmanətlərindən yalnız 10 min dollaradək məbləğdə xarici valyutada çıxara bilərlər.
Eyni zamanda, hesabın hansı valyutada açılmasından asılı olmayaraq, banklar nağd pulu yalnız dollarla verəcəklər. 10 min ABŞ dollarından yuxarı vəsait yalnız buraxılış günündəki bazar məzənnəsi ilə rublla alına bilər. Xaricə səyahət edərkən nağd pula ehtiyacınız olarsa, Mərkəzi Bank sizə “Mir” kartı ilə ödəniş etməyi və ondan səyahət etdiyiniz ölkənin valyutasında nağd pul çıxarmağı tövsiyə edir.
Hazırda “Mir” kartı Türkiyə, Vyetnam, Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistanda, eləcə də Cənubi Osetiya və Abxaziyada qəbul edilir.
Qeyd edək ki, martın əvvəlində Rusiya qoşunlarının Ukraynaya müdaxiləsi ilə əlaqədar növbəti sanksiyalar paketi çərçivəsində Avropa İttifaqı Rusiyaya avro əskinaslarının ixracına qadağa qoyub və Rusiyanın 7 bankını SWIFT maliyə sistemindən ayırıb. ABŞ-ın “Visa” və “Mastercard” ödəniş sistemləri bir sıra Rusiya banklarını blokladığına görə, onların müştəriləri xaricdə “Visa” və “Mastercard”larla ödəniş edə, xarici onlayn mağazalarda alış-veriş edə bilməyəcəklər.
Azpost.info