Rusiyada son sutkada daha 26 683 nəfər koronavirusa yoluxub, 459 nəfər ölüb

29 Noyabr 2020 - 12:04

Rusiyada son sutka ərzində daha 26 683 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 269 316 nəfərə çatıb.

Son sutka ərzində 459 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 39 527 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.