Rusiyada SSRİ-nin sabiq rəhbərinin nəvəsi casusluqda ittiham olunur

Rusiya Baş Prokurorluğu SSRİ-nin sabiq rəhbəri Nikita Xruşşovun nəvəsi ilə bağlı casusluqda təhqiqat aparır.

Azpost.info SHOT-a istinadən bildirir ki, Ukraynaya hucumu dəfələrlə pisləyən və Rusiyanın dağılmasından danışan Nina Xruşşovanın istintaqını paytaxt prokurorluğu aparır.

Son 33 ildir ki, Nina Xruşşova ABŞ-da yaşayır, Nyu Yorkdakı New School-da professor kimi çalışır. Onun ulu babası Nikita Xruşşov Sov.İKP MK-nın baş katibi (1953-1964) olub.

Məhz onun dövründə, 1954-cü ildə Krım RSFSR-dən alınaraq Ukraynaya verilib.

Noyabrın sonunda Nikita Xruşşovun böyük nəvəsinin Yekaterinburqdakı Yeltsin Mərkəzində çıxışı sosial fəalların etirazından sonra ləğv edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.