Rusiyada şəhər merinin müavini partlayışda ölüb –Ukraynada döyüşüb

Rusiyanın Stavropol şəhərində yaşayış binasının həyətində baş verən partlayış nəticəsində iki nəfər ölüb və onlardan biri şəhər merinin birinci müavini Zaur Qurtsiyevdir.
O, Ukraynaya qarşı müharibədə iştirak etmiş veteranların hakimiyyət orqanlarında işlə təmin olunması üçün nəzərdə tutulan “Qəhrəmanların zamanı” proqramı çərçivəsində bu vəzifəyə təyin olunub.
“Shot” teleqram kanalı yazıb ki, partlayışa səbəb qumbaranın partladılması ehtimal olunur.
Qubernator Vladimir Vladimirov hadisə nəticəsində Qurtsiyevin öldüyünü təsdiqləyib. Onun sözlərinə görə, bütün versiyalar, o cümlədən Ukrayna tərəfindən sui-qəsd ehtimalı da araşdırılır.
Mayor Z.Qurtsiyev aviasiyanın döyüş idarəetməsi qərargahının rəisi olub. “Qəhrəmanların zamanı” proqramının saytında bildirilir ki, o, Mariupolun işğalı əməliyyatının hava hissəsinə rəhbərlik edib. Qeyd olunub, o, raketlərin hədəfə yönəldilməsi texnologiyasına öz təkmilləşdirməsini tətbiq etməklə onların dəqiqliyini və effektivliyini bir neçə dəfə artırıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.