Rusiyada təyyarə qəzasında ölənlərin cəsədləri tapılıb

07 İyul 2021 - 08:53

Rusiyanın Kamçatka yarımadasında “An-26” tipli təyyarənin qəzaya uğraması nəticəsində ölənlərdən altısının cəsədi tapılıb.

Bu barədə “RİA Novosti”yə təcili tibbi yardım xidmətindən bildirilib.

“Altı cəsəd var”, – mənbə belə deyib.

Petropavlovsk-Kamçatsk şəhərindən uçan təyyarə Palana qəsəbəsindən doqquz kilometr aralıqda eniş zolağına yanaşması üçün manevr edərkən qəzaya uğrayıb. Təyyarədə 28 nəfər olub: altı ekipaj üzvü və biri uşaq olmaqla 22 sərnişin. İlkin məlumatlara görə, onların hamısı ölüb.

Kamçatkada təyyarə qəzası ilə əlaqədar matəm elan olunub.