Rusiyada xəstəxananın reanimasiya şöbəsində yanğın olub, ölənlər var

09 İyun 2021 - 07:48

Rusiyanın Ryazan şəhərində A.N.Semaşko adına xəstəxananın reanimasiya şöbəsində yanğın baş verib.

Bu barədə “TASS”a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, yanğın nəticəsində 3 nəfər həlak olub, 8 nəfər xəsarət alıb, 35 nəfər isə hadisə yerindən təxliyə edilib.

Bildirilir ki, xəsarət alan 8 nəfər şəhərin müxtəlif xəstəxanalarına çatdırılıb.

Yanğının səbəbi barədə məlumat verilmir.