Rusiyada xəstəxananın reanimasiya şöbəsində yanğın olub, ölənlər var

Rusiyanın Ryazan şəhərində A.N.Semaşko adına xəstəxananın reanimasiya şöbəsində yanğın baş verib.

Bu barədə “TASS”a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, yanğın nəticəsində 3 nəfər həlak olub, 8 nəfər xəsarət alıb, 35 nəfər isə hadisə yerindən təxliyə edilib.

Bildirilir ki, xəsarət alan 8 nəfər şəhərin müxtəlif xəstəxanalarına çatdırılıb.

Yanğının səbəbi barədə məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gün IX sinif şagirdləri üçün növbəti buraxılış imtahanı keçiriləcək –

Sonrakı məqalə

ABŞ-da milyarderlərin ödədiyi vergi amerikalıların qəzəbinə səbəb olub