Rusiyada yaşayan hüquqşünas Elman Paşayev həbs edilib

Rusiyada yaşayan azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayev Moskvada həbs edilib.

Bu gün Moskva Hərbi qarnizon məhkəməsində Paşayevin barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılıb.

Məhkəmə Paşayevi noyabrın 15-dək istintaq təcridxanasına göndərib.

Qeyd edək ki, E. Paşayev xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinir. Onun 300 min dollar və 18,5 milyon rubl qarşılığında bloger Aleksey Blinovski və həyat yoldaşını cinayət təqibindən azad edəcəyinə söz verdiyi bildirilib(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.