Rusiyada yaşayan tanınmış ermənilər Paşinyana qarşı çıxdılar –

Marqarita Simonyana dəstək verdilər
23 İyul 2020 - 09:44

“Rossiya Seqodnya-Sputnik” Agentliyinin Baş direktoru Marqarita Simonyanın Ermənsitanın Baş naziri Paşinyanı ittiham edən bəyanatını bir sıra tanınmış ermənilər dəstəkləyib.

Azpost.info bildirir ki, bu barədə M.Simonyan deyib.

Yazdığı statusa dəstək verənlər arasında  Rusiya Televizia Akademiyasının(TEFİ) prezidenti Aleksandr Akopov, teleaparıcı, “Danışır Moskva” radiosunun baş redaktoru Roman Babayan, Ermənistanın əməkdar artisti Laura Gevorkyan, teleaparıcı, rejissor Tiqran Keosyan, rusiyalı biznesmen Albert Avdolyan və digər biznes, menecer, həkimlər var.

Qeyd edək ki, M.Simonyan Paşinyan hakimiyyətini anti-Rusiya mövqeyi tutmaqda və “tarixi müttəfiqlərinə qarşı namərdlik” etməkdə ittiham edib.