Rusiyada yazıçı Boris Akuninə 15 il qiyabi həbs cəzası verilib

Moskva məhkəməsi yazıçı Boris Akuninə (Qriqori Çxartışvili-red.) xarici agentin fəaliyyət qaydalarını pozduğuna görə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etməklə onun cəza müddətini 15 ilə çatdırıb.

APA xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

Məlumata görə, bundan əvvəl Qərb Hərbi Dairə Məhkəməsi Akuninə terrorizmin açıq şəkildə bəraət qazandırılması və terrorçu fəaliyyətinə kömək göstərilməsi işi üzrə 14 il qiyabi həbs cəzası verib.

Yazıçı məhkəmə qərarlarına görə, ömrünün 15 ilini ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirməlidir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.