Rusiyada yk maşını yanacaq daşıyan qatara çırpıldı –Böyük yanğın /VİDEO

Rusiyanın Smolensk yaxınlığında yük maşını yanacaq çənləri daşıyan yük qatarına çırpılıb.
AzPost bildirir ki, bununla bağlı görünütlər yayımlanıb.
Hazırda ərazidə  böyük yanğın var.
Qəza nəticədəsində lokomotiv və 18 vaqon ilkin olaraq relsdən çıxıb.

Qəza səhər tezdən Rudnya və Qolinka stansiyaları arasında baş verib.

Yük maşınının sürücüsü keçidə qatardan əvvəl daxil olub. İlkin məlumatlara görə, təcili əyləc nəticəsində lokomotiv və benzin daşıyan vaqonlar relsdən çıxıb, yanğın başlayıb.

Lokomotiv heyəti, mühəndis və köməkçisi orta-ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Baş vermiş qəzaya görə Belarus və Rusiya arasında bir sıra qatarların hərəkəti dayandırılıb.

 

AzPost.az

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.