Rusiyadan Astanaya uçan təyyarədə fövqəladə vəziyyət yaranıb

Rusiyanın “Red Wings” aviaşirkətinin Qazaxıstana uçan təyyarəsi qəfil istiqamətini dəyişərək başqa yerə enib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Aviaincident” teleqram kanalı məlumat yayıb.

Belə ki, bu gün Yekaterinburqdan Astanaya gedən sərnişin təyyarəsində fövqəladə vəziyyət yaranıb. Ekipaj təyyarənin səmada hidravlik sistemində problem olduğunu bildirib.

Qeyd olunur ki, pilotlar uçuş hava limanına qayıtmaq qərarına gəliblər. Nəticədə təyyarə Koltsovo hava limanına təhlükəsiz eniş edib, xəsarət alan olmayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.